Kəlbəcər istiqamətində mövqelərimiz atəşə tutuldu - RƏSMİ

Kəlbəcər istiqamətində mövqelərimiz atəşə tutuldu - RƏSMİ

Hazırda oxunan: Kəlbəcər istiqamətində mövqelərimiz atəşə tutuldu - RƏSMİ

59439

Kəlbəcər rayonu istiqamətində mövqelərimiz atəşə tutulub. 

Bizim.Media xəbər verir ki, bu barədə Müdafiə Nazirliyindən məlumat verilivb. 

Bildirilib ki, fevralın 9-u saat 22:00-dan etibarən fasilələrlə bir neçə saat ərzində Ermənistan silahlı qüvvələrinin bölmələri Basarkeçər rayonunun Yuxarı Şorca yaşayış məntəqəsində yerləşən mövqelərindən Kəlbəcər rayonunun Zəylik yaşayış məntəqəsində yerləşən Azərbaycan Ordusunun mövqelərini atıcı silahlardan istifadə etməklə atəşə tutub.

Bölmələrimizin cavab tədbirləri nəticəsində qarşı tərəf susdurulub. Hazırda qeyd olunan istiqamətdə vəziyyət sabitdir, əməliyyat şəraiti bölmələrimizin nəzarəti altındadır. 

Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO