Daha 6 soydaşımız Ukrayna müharibəsində həlak olub

Daha 6 soydaşımız Ukrayna müharibəsində həlak olub

Hazırda oxunan: Daha 6 soydaşımız Ukrayna müharibəsində həlak olub

594352

Rusiya–Ukrayna müharibəsində həlak olan azərbaycanlıların siyahısına daha 6 ad əlavə olunub.

Bizim.Media xəbər verir ki, döyüş əməliyyatları zamanı Rusiya tərəfində vuruşan daha 6 soydaşımız Ukrayna ordusu ilə döyüşlərdə həlak olub.

Həlak olan azərbaycanlıların adlarını təqdim edirik:

Şahüseynov Mirzə Nazim oğlu – Dağıstan Respublikasının Dərbənd şəhərində yaşayıb.

Ağayev Niyazi Nazim oğlu – Voronej vilayətinin Liski qəsəbəsində yaşayıb.

Yaqubov Telman Harun oğlu – 4 avqust 1978-ci il təvəllüdlü. Moskva şəhərində yaşayıb.

Haqverdiyev Arif Qulu oğlu – 07 iyul 1982-ci il təvəllüdlü. Krasnodar diyarının Armavir şəhərində yaşayıb.

Abbasov Etibar Arif oğlu – 09 iyun 1992-ci il təvəllüdlü. Adıgeya respublikasında yaşayıb.

Nəbiyev Rəşid İslam oğlu – 17 may 1977-ci il təvəllüdlü. Krasnodar diyarının Apşeronsk şəhərində yaşayıb.
 

Qeyd edək ki, Rusiya–Ukrayna müharibəsi başlayandan bəri müxtəlif mənbələrin məlumatına görə, Rusiya ordusunun tərkibində döyüşlərdə həlak olan azərbaycanlıların sayı mütəmadi olaraq artır.


Həlak olanların bir qismi Rusiya vətəndaşı, digərləri isə müxtəlif illərdə həmin ölkədə məskunlaşmış Azərbaycan vətəndaşlarıdır. (Modern.az)

Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO