Ev almaq istəyənlərin NƏZƏRİNƏ - Bu ərazilərdə mənzillər BAHALAŞACAQ

Ev almaq istəyənlərin NƏZƏRİNƏ - Bu ərazilərdə mənzillər BAHALAŞACAQ

Hazırda oxunan: Ev almaq istəyənlərin NƏZƏRİNƏ - Bu ərazilərdə mənzillər BAHALAŞACAQ

594277

Son vaxtlar Bakının nəqliyyat sistemində yeni dəyişikliklərin, layihələrin həyata keçiriləcəyi müzakirə olunur. Nümunə olaraq, Mehdiabaddan “28 May”- a çəkiləcək tramvay xəttini misal göstərmək olar. Həmçinin Yeni Günəşli, Zabrat, Masazır, Saray kimi ərazilərə metro xətlərinin çəkilməsi də müzakirə olunan məsələlərdəndir.

Nəzərə almaq lazımdır ki, metrostansiyalara yaxın ərazilərdə mənzillərin, evlərin qiyməti bir qədər yüksək olur. Hazırda Zabrat, Masazır, Saray, Yeni Günəşli kimi ərazilərdə evlərin qiyməti şəhərin mərkəzinə nisbətən daha münasibdir.

Bəs bu ərazilərə metro xətləri çəkilərsə, o zaman qiymətlər bahalaşa bilər? Ev almaq istəyənləri nələr gözləyir?

Bizim.Media mövzuyla bağlı əmlak eksperti Ramin Osmanlının fikirlərini öyrənib. O bildirib ki, sözügedən ərazilərdə daşınmaz əmlakın bahalaşması gözlənilir.

“Təbii ki, istənilən infrastruktur sağlamlaşdırılması, ictimai nəqliyyatın yaxşılaşdırılması daşınmaz əmlak qiymətlərinə birbaşa təsir göstərir”.

Ramin Osmanlı qeyd edib ki, bu layihələrin həyata keçirilməsi uzun müddət alacaq. Ancaq qiymət artımları daha tez ola bilər.

“Layihələr uzun müddətli layihələrdir. İlk mərhələdə isə  ərazilər üzrə qiymət artımı psixoloji faktorlardan qaynaqlana bilər. Buna görə də əvvəl qiymət artımı az olacaq. Sonra isə layihələr başa çatdırıldıqda qiymət artımları daha çox müşahidə olunacaq”, - deyə Ramin Osmanlı qeyd edib.

Nəzrin Mirzəyeva, Bizim.Media

 

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO