Heykəltəraş Rəşid Məhərrəmovun Daxili İşlər Nazirliyinin Baş Dövlət Yol Polisi İdarəsinin əməkdaşlarının ondan 2000 tələb etməsi ilə bağlı şikayəti barədə araşdırma başa çatıb.
Bizim.Media xəbər verir ki, xidməti yoxlamanın nəticəsində yol-patrul xidməti əməkdaşları barəsində intizam tənbehi tədbirləri görülüb.
Qeyd edək ki, bu barədə heykəltəraş sosial şəbəkə hesabında paylaşım etmişdi.
O, özünə məxsus maşında Xırdalandan qayıdan zaman tanışı olan xanım ona zəng vuraraq halının birdən pisləşdiyini deyib.
Həmin vaxt “Ekologiya” postunu (Baş Dövlət Yol Polis İdarəsinin Ekoloji Nəzarət üzrə Yol-Patrul Xidməti Bölüyü) keçəndən sonra avtovağzala çatmamış xanımla birgə avtomobillərini saxlayan zaman polis onlara yaxınlaşaraq 2000 manat tələb edib.
Bizim.Media
- A-
- A
- A+
Cəmiyyət
23:52 / 09.02.2022
Heykəltəraşdan 2 min manat tələb edən polislər CƏZALANDIRILDI - FOTO
Hazırda oxunan: Heykəltəraşdan 2 min manat tələb edən polislər CƏZALANDIRILDI - FOTO
Hazırda oxunan: Heykəltəraşdan 2 min manat tələb edən polislər CƏZALANDIRILDI - FOTO
59420
© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.