Gəncədə fəhlələrin xəsarət aldığı partlayışın DETALLARI

Gəncədə fəhlələrin xəsarət aldığı partlayışın DETALLARI

Hazırda oxunan: Gəncədə fəhlələrin xəsarət aldığı partlayışın DETALLARI

594088

Xəbər verdiyimiz kimi, Gəncədə quyu qazılan zaman partlayış baş verib. 

Bizim.Media-nın yerli bürosunun məlumatına görə, hadisə şəhərin Sevinc qəsəbəsi adlanan ərazisində baş verib. 
 

Partlayış zamanı 1984-cü il təvəllüdlü Anar Zamanov, 1989-cu il təvəllüdlü Mahir Bağırov və daha bir neçə nəfər müxtəlif dərəcəli bədən xəsarətləri ilə tibb müəssisələrinə yerləşdiriliblər. Yaralıların vəziyyəti orta-ağır qiymətləndirilir. 


İlkin məlumata görə, xəsarət alan şəxslər fəhlələrdir və onlar fərdi evlərdən birində kanalizasiya quyusu qazarkən hadisə baş verib.

Üstəlik, qazıntı işləri aparılan ərazidən qaz xəttinin keçdiyi bildirilir.

Hadisə yerinə hüquq mühafizə orqanı əməkdaşları cəlb olunub.

Məqsəd Rəhimov, Bizim.Media, Qərb bürosu

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO