Cəlilabad rayonunda sarsıdıcı hadisə baş verib. Olay rayonun Üçtəpə kəndi ərazisində qeydə alınıb. İlkin məlumatlara görə, kənd sakini olan bir şəxs şəxsi münasibətlər zəminində yaxın qohumlarına hücum edib.
Bizim.Media xəbər verir ki, nəticədə onun 12 və 14 yaşlı qardaşı qızı və oğlu müxtəlif bədən xəsarətləri alıblar.
Zərərçəkənlər təcili tibbi yardım vasitəsilə Cəlilabad Mərkəzi Rayon Xəstəxanasına çatdırılıb. Həkimlərin verdiyi məlumata əsasən, onların vəziyyəti ağır qiymətləndirilir.
Bildirilir ki, hadisəni törətməkdə şübhəli bilinən şəxs Dağıstandan yenicə qayıdıb və əvvəllər məhkumluq həyatı yaşayıb.
Faktla bağlı Cəlilabad Rayon Prokurorluğunda cinayət işi açılıb, istintaq tədbirləri davam etdirilir.
Sabutay, Bizim.Media, Cənub bürosu































































































