Kürdəmirdə AĞIR QƏZA: Qadın sürücü və 3 sərnişin xəsarət aldı - FOTO/VİDEO

Kürdəmirdə AĞIR QƏZA: Qadın sürücü və 3 sərnişin xəsarət aldı - FOTO/VİDEO

Hazırda oxunan: Kürdəmirdə AĞIR QƏZA: Qadın sürücü və 3 sərnişin xəsarət aldı - FOTO/VİDEO

593785

Kürdəmirdə ağır yol-nəqliyyat hadisəsi baş verib.

Bizim.Media-nın Aran bürosu xəbər verir ki, hadisə Bakı-Qazax yolunun rayonun Atakişili kəndi ərazisindən keçən hissəsində qeydə alınıb.

Belə ki, “Toyoto” markalı avtomobilin sürücüsü 32 yaşlı Pərvanə Əliyeva Bakı istiqamətində hərəkətdə olarkən qəfildən idarəetməni itirib. Nəticədə avtomobil yoldan çıxaraq aşıb.

Qəza zamanı avtomobildə olan 4 nəfər, sürücü və sərnişinlər - 31 yaşlı Akif Əliyev, 66 yaşlı Təranə Xəlilova və 19 yaşlı Aytən Xasıyeva müxtəlif dərəcəli ağır bədən xəsarətləri alıblar.

Yaralılar dərhal təcili tibbi yardım maşınının köməyi ilə Kürdəmir rayon Mərkəzi Xəstəxanasına aparılıb və həkim nəzarətinə götürülüb.

Hadisə yerinə yol polisi əməkdaşları cəlb olunub və hadisənin baş vermə səbəbləri araşdırılır.











Bizim.Media, Aran bürosu

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO