Zəngilan və Qubadlı minalardan təmizlənir

Zəngilan və Qubadlı minalardan təmizlənir

Hazırda oxunan: Zəngilan və Qubadlı minalardan təmizlənir

5934

Dekabrın 15-dən etibarən Azərbaycan Respublikası Ərazilərinin Minalardan Təmizlənməsi üzrə Milli Agentliyi (ANAMA) və Daxili İşlər Nazirliyi, Daxili Qoşunların mütəxəssisləri ilə birlikdə işğaldan azad olunmuş Zəngilan və Qubadlı rayonları ərazisində kənd təsərrüfatı üçün nəzərdə tutulmuş əkin sahələrinin mina və partlamamış hərbi sursatlardan (PHS) təmizlənilməsi əməliyyatlarına başlayıb.

Bizim.Media-ya ANAMA-dan verilən məlumata görə, 15-21 dekabr tarixlərində aparılmış əməliyyat-axtarış tədbirləri nəticəsində 684 000 kv.m (68,4 ha) ərazi yoxlanılıb, 23 ədəd partlamamış hərbi sursat (PHS) və 42 ədəd 5.45 mm-lik patronlar aşkar edilərək götürülüb.

Zəngilan rayonu ərazisində aparılmış əməliyyat-axtarış tədbirləri zamanı 349 000 kv.m (34,9 ha), Qubadlı rayonu ərazisində aparılmış əməliyyat-axtarış tədbirləri zamanı isə 335 000 kv.m (33,5 ha) yoxlanılıb.

Əməliyyat-axtarış tədbirləri davam etdirilir.

Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO