Yasamal rayonunda mənzillərin giriş qapılarını yoxlayaraq açıq olan evlərdən birinə daxil olmaqla oğurluq törədilməsi barədə polisə məlumat daxil olub.
Daxili İşlər Nazirliyindən Bizim.Media-ya verilən məlumata görə, diqqət çəkməmək üçün müxtəlif geyimlərdən istifadə edən naməlum şəxs bu üsulla bir mənzildən 900 manat nağd pul, həmçinin 38 800 manat dəyərində qızıl-zinət əşyalarını talayıb.
Yasamal Rayon Polis İdarəsinin əməkdaşları tərəfindən keçirilən tədbirlərlə əməli törətməkdə şübhəli bilinən Mətanət Hüseynova saxlanılıb. Onun üzərindən oğurlanan qızıl-zinət əşyalarının bir qismi aşkarlanaraq maddi sübut kimi götürülüb.
Faktla bağlı Cinayət Məcəlləsinin oğurluq maddəsi ilə cinayət işi başlanılıb. Hazırda talanmış əmlakın qalan hissəsinin aşkar edilməsi və iş üzrə digər halların müəyyənləşdirilməsi istiqamətində istintaq tədbirləri davam etdirilir.
Vətəndaşlara tövsiyə edilir ki, mənzillərin giriş qapılarını açıq saxlamasınlar, şəxsi əmlakın təhlükəsizliyinə diqqətlə yanaşsınlar və şübhəli hallarla qarşılaşdıqda dərhal polisə məlumat versinlər.
Bizim.Media

- A-
- A
- A+
Cəmiyyət
12:08 / 29.01.2026
Bakıda qadından ağılasığmaz OĞURLUQ: Qapısı açıq olan evləri taladı – ANBAAN VİDEO
Hazırda oxunan: Bakıda qadından ağılasığmaz OĞURLUQ: Qapısı açıq olan evləri taladı – ANBAAN VİDEO
Hazırda oxunan: Bakıda qadından ağılasığmaz OĞURLUQ: Qapısı açıq olan evləri taladı – ANBAAN VİDEO
593354
© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.



































































































