Xəbər verdiyimiz kimi, Şəmkirdə dərədən meyiti tapılan 56 yaşlı Arif Nəbiyevin oğlu tərəfindən öldürüldüyü iddia olunub.
Bizim.Media xəbər verir ki, mərhumun qardaşı Elbrus Nəbiyev hadisə barədə “Qafqazinfo”ya danışıb.
O, qətli qardaşı oğlunun törətdiyi iddiasını təsdiqləyib: “Rusiyada idim, eşidib gəldim. Qardaşımı balta ilə vurub kanala atıblar, meyiti də dünən tapılıb. İki gün idi ki, axtarılırdı. Vuran adam da qaçıb, öz oğludur. İndi də axtarışdadır. Ailədaxili hansısa problemləri yox idi. Burada olmadığım üçün hadisənin nə üstündə törədildiyini bilmirəm. Amma eşitmişəm ki, uşaq getmək istəyirmiş, atası qoymurmuş. Digər qardaşı da gəlibmiş. Qardaşım uşaqlarının birinin 15, digərinin isə 23 yaşı var. Bəlkə də, ikisi öldürüb atalarını, dəqiq bilinmir. Gəncə-İstanbul-Moskva reysi ilə də gediblər”.
Bizim.Media

- A-
- A
- A+
Cəmiyyət
17:51 / 27.01.2026
Şəmkirdə dərədən meyiti tapılan 56 yaşlı kişini oğlu öldürüb? - VİDEO
Hazırda oxunan: Şəmkirdə dərədən meyiti tapılan 56 yaşlı kişini oğlu öldürüb? - VİDEO
Hazırda oxunan: Şəmkirdə dərədən meyiti tapılan 56 yaşlı kişini oğlu öldürüb? - VİDEO
593035
© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.


































































































