Uşaqlar üçün onkologiya xidmətləri İTS zərfinə SALINACAQ – Bu TARİXDƏN

Uşaqlar üçün onkologiya xidmətləri İTS zərfinə SALINACAQ – Bu TARİXDƏN

Hazırda oxunan: Uşaqlar üçün onkologiya xidmətləri İTS zərfinə SALINACAQ – Bu TARİXDƏN

592939

“2027-ci ildən uşaq onkologiyası ilə bağlı xidmətlərin xidmətlər zərfinə salınmasına və bunun tətbiqinə başlaya biləcəyimizə ümid edirik. Daha sonra böyüklərin bu xəstəliklə mübarizəsi icbari tibbi sığorta hesabına qarşılanması nəzərdə tutulur. Mərhələli şəkildə biz bunu yaxın illər ərzində tam həll etməyi düşünürük”.

Bizim.Media xəbər verir ki, bunu İcbari Tibbi Sığorta üzrə Dövlət Agentliyinin İdarə Heyətinin sədri Zaur Əliyev jurnalistlərin suallarını cavablandırarkən deyib.

"Okoloji xəstəliklərlə bağlı artıq bir iş başladılib. Belə ki, ötən ilin sonundan başlayaraq Səhiyyə Nazirliyi, TƏBİB , İcbari Tibbi Sığorta üzrə Dövlət Agentliyi arasında işçi qrupu yaradılıb. 2027-ci ildən etibarən uşaq onkologiyası ilə bağlı addımın atılması üçün 2026-cı il hazırlıq ilidir. Hansı tibbi protokoldan istifadə olunması, uşaqların yaşı və digər məsələlər müzakirə edilir. Bunların hamısı barədə işlər gedir. Bu, kompleks böyük bir işdir" , - deyə sədr bildirib.

Günay Şahmar, Sadiq Məmmədov, Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO