Əlyazmalar İnstitutunun baş rəssamı, Əməkdar rəssam Fəxrəddin Əli vəfat edib.
Bizim.Media xəbər verir ki, bu barədə informasiyanı onun yaxınları yayıb. Mənbə qeyd edir ki, rəssam dünən 84 yaşında dünyasını dəyişib.
O, miniatür sənətinin peşəkar davamçısı olub.
Xatırladaq ki, F.Əli 1938-ci il may ayının 10-da Zəngəzur mahalının Mehri rayonun Nüvədi kəndində sənətkar ailəsində anadan olub.
O, 1970-ci ildə "Həyatın gözəlliyi" adlı tablo ilə respublika sərgisində iştirak edib. Onlarla yağlı boya ilə çəkilmiş əsərləri Azərbaycanda və xarici ölkələrdə nümayiş etdirilib.
M.Şəhriyarın "Heydərbabaya salam", "Dədə Qorqud", Nizami Gəncəvinin "Xəmsə"si, Saib Təbrizinin "Mehr və müştəri", Nəsrəddin Tusi, Füzuli, Aşıq Veysəl, Yunus Əmrə, M.F.Axundov, M.P.Vaqif, Əliağa Vahid və b. sənətkarların əsərlərinə, Azərbaycan muğamlarına çəkdiyi miniatürlər, "Şəhidlər" xalçası, şəxsi portretlər, Türkiyə mövzusunda əsər və bir neçə kitabın müəllifidir.
Bizim.Media
- A-
- A
- A+
Cəmiyyət
10:53 / 09.02.2022
Azərbaycanın Əməkdar rəssamı vəfat etdi
Hazırda oxunan: Azərbaycanın Əməkdar rəssamı vəfat etdi
Hazırda oxunan: Azərbaycanın Əməkdar rəssamı vəfat etdi
59293
© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.