Yevlaxda AİLƏ FACİƏSİ: Ər silahla arvadını öldürdü

Yevlaxda AİLƏ FACİƏSİ: Ər silahla arvadını öldürdü

Hazırda oxunan: Yevlaxda AİLƏ FACİƏSİ: Ər silahla arvadını öldürdü

59270

Yevlaxda ər odlu silahla arvadını öldürüb və ailənin başqa bir üzvünü ağır yaralayıb.

Bizim.Media-nın məlumatına görə, hadisə Hacıselli kəndində baş verib. Qarayevlər ailəsinin yaşadığı ev silahlı münaqişəyə və faciəyə ünvan olub.

Belə ki, 1977-ci il təvəllüdlü kənd sakini Qarayeva Elnarə Qafar qızı hələki naməlum olan səbəbdən əri tərəfindən odlu silahla qətlə yetirilib.

Qatil eyni anda ailənin digər üzvü 1959-cu il təvəllüdlü Qarayev İldırım Zirəddin oğlunu silahla yaralayıb.

Yaralı xəstəxanaya yerləşdirilib. Hüquq mühafizə orqanları hadisə yerinə cəlb olunub.
Faktla bağlı Yevlax şəhər Prokurorluğunda cinayət işi açılıb

Ehtiram Muradov, Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO