Nazirlikdən Cəfər Cabbarlının ev muzeyi ilə bağlı RƏSMİ AÇIQLAMA - FOTO

Nazirlikdən Cəfər Cabbarlının ev muzeyi ilə bağlı RƏSMİ AÇIQLAMA - FOTO

Hazırda oxunan: Nazirlikdən Cəfər Cabbarlının ev muzeyi ilə bağlı RƏSMİ AÇIQLAMA - FOTO

59209

İllər öncə Mədəniyyət Nazirliyinin müvafiq əmrinə əsasən Cəfər Cabbarlının ev muzeyi üçün C.Cabbarlı adına Azərbaycan Dövlət Teatr Muzeyində xüsusi yer ayrılıb. Lakin ayrılan ekspozisiya sahəsində yeni bədii tərtibat işlərinin aparılması hələ də davam edir. 

Mədəniyyət Nazirliyindən Bizim.Media-nın sorğusuna cavab olaraq bildirilib ki, muzeyin ziyarətçilər üçün nə vaxtdan açıq olacağı məsələsi hələlik sual altındadır:

“Cəfər Cabbarlının Ev Muzeyinin təmir və bərpa işləri ilə əlaqədar müzakirələr davam etdirilir. Sözügedən işlərin nə zaman tam olaraq yekunlaşacağı barədə dəqiq məlumat yoxdur”.
 

MÖVZU İLƏ BAĞLI:

Cəfər Cabbarlının beyni harada saxlanılır? – ARAŞDIRMA


Həmçinin Nazirlikdən verilən məlumata görə, ev muzey kolleksiyasına aid olan eksponatlar sayəsində hər kəs Cəfər Cabbarlının həyat və yaradıclığı haqqında dolğun məlumatlar əldə edəcək:

“Muzey Mərkəzi binasında yerləşən C.Cabbarlı adına Azərbaycan Dövlət Teatr Muzeyində “Cəfər Cabbarlı” guşəsi yaradılıb. Burada C.Cabbarlının Ev Muzeyinin kolleksiyasına daxil olan eksponatlar nümayiş olunur. Azərbaycan ədəbiyyatının ən görkəmli nümayəndələrindən biri olan C.Cabbarlının həyat və yaradıcılığı haqqında dolğun məlumat əldə etmək istəyənlər bu guşəni ziyarət edə bilərlər”.

Nazirlik əlavə olaraq bildirib ki, bu il hər hansı görkəmli şəxsiyyətin ev-muzeyində təmir, bərpa işləri nəzərə tutulmayıb:

“2022-ci ilin birinci yarımilində Mədəniyyət Nazirliyi tərəfindən digər hər hansı ev-muzeyində təmir, bərpa və bədii tərtibat işlərinin aparılması nəzərdə tutulmur. İkinci yarımil və növbəti illər üçün isə təkliflər hazırlanmaqdadır”.

Səkinə Yusibli, Bizim.Media





© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO