DİM-dən peşə liseylərinin buraxılış sinfində təhsil alanlara MÜRACİƏT 

DİM-dən peşə liseylərinin buraxılış sinfində təhsil alanlara MÜRACİƏT 

Hazırda oxunan: DİM-dən peşə liseylərinin buraxılış sinfində təhsil alanlara MÜRACİƏT 

0:00
0:00
59202

İlk peşə-ixtisas təhsili müəssisələrinin sonuncu sinfində təhsil alan şagirdlərinin buraxılış imtahanı Dövlət İmtahan Mərkəzinin 11 illik orta təhsil səviyyəsi üzrə mart ayı ərzində keçirəcəyi şəhər və rayonların imtahan qrafikinə uyğun peşə liseyinin yerləşdiyi şəhərdə (rayonda) keçiriləcək. 

Mərkəzdən Bizim.Media-ya verilən məlumata görə, şagirdlər peşə liseyi hansı rayonda yerləşirsə, həmin rayon üçün nəzərdə tutulmuş tarixdə (5, 6, 12 və ya 13 mart) imtahan verəcəklər. 

11 illik orta təhsil səviyyəsi üzrə (o cümlədən peşə liseyi şagirdlərinin ) buraxılış imtahanlarının rayon və şəhərlər üzrə qrafiki ilə buradan tanış olmaq mümkündür. 

Qeyd edək ki, peşə liseylərinin Azərbaycan dilindən fərqli dildə təhsil alan şagirdləri üçün dövlət dili (Azərbaycan dili) imtahanı martın 14-də keçiriləcək. 

Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO