Ağ Partiyanın TROLL ŞƏBƏKƏSİ qalmaqalı ilə bağlı Tural Abbaslıdan CAVAB 

Ağ Partiyanın TROLL ŞƏBƏKƏSİ qalmaqalı ilə bağlı Tural Abbaslıdan CAVAB 

Hazırda oxunan: Ağ Partiyanın TROLL ŞƏBƏKƏSİ qalmaqalı ilə bağlı Tural Abbaslıdan CAVAB 

59170

XXI əsrdə internetin rolu daha da artıb və bu kontekstdə sosial şəbəkələr müxtəlif sferalar üçün də prioritetə çevrilib. Çünki insanlar “Facebook”, “Instagram”, “Twitter” kimi sosial şəbəkə, “Telegram” kimi tətbiqlərdən daha çox istifadə etməyə başlayıblar. Hətta sosial media əvvəlki KİV növlərindən daha populyar xarakter almağa başlayıb.
 

Ağ Partiya sədri Tural Abbaslının fikrincə, bu, siyasətçilərin də qəbul etməli olduğu müasir reallıqdır:

“Bunun əksini düşünmək III-V əsrin qafasında olmaqdır”.

Bizim.Media ilə fikirlərini bölüşən Tural Abbaslı bildirib ki, Ağ Partiya sosial şəbəkələrdə Azərbaycanın ən reytinqli partiyasıdır. Çünki partiyada media, təşkilati məsələlərlə məşğul olan, sosial media ilə işləyən komanda var. 
 

MÖVZU İLƏ BAĞLI:

Tural Abbaslı kimə təlxək yazıçı dedi? - “İçəndən-içənə danışa bilən adamlar deyir ki...” – VİDEO


- Tural Abbaslı və Troll Şəbəkəsi...  Belə söz-söhbətlər dolaşmaqdadır. Nə dərəcədə düzdür?

“Troll şəbəkəsi deyəndə nəyi nəzərdə tuturlar? Azərbaycanın bütün rayonlarında şöbələrimiz, ən azı onlarla üzvümüz var. Təbii ki, partiya sədri kimi çıxışlarımın insanlara çatdırılması, müxtəlif platformalarda yayılmasında Ağ Partiya üzvləri aktiv şəkildə iştirak edirlər. 

Partiya üzvləri troldursa, daha nə deyim? Bizim çıxışları kim paylaşmalıdır? Mənim çıxışlarımı Ağ Partiya üzvü olmayan vətəndaşlar da bölüşür”. 

Tural Abbaslı bildirib ki, troll şəbəkəsi üçün PA-nın keçmiş şöbə müdiri Əli Həsənov milyonlar xərcləyib. Vüqar Səfərlinin məhkəməsində də məlum olub ki, sözügedən şəbəkəyə müxtəlif insanlar cəlb olunurdu və onlara maaş verilirdi:

“Son 2 ildə bizim səhifədə 1 dənə də olsun sponsorlu, reklama qoyulan post göstərsinlər. Belə şey olmayıb. Bizdə reklama verməyə pul da yoxdur. Amma səhifəmdə elə paylaşımlar var ki, onların hər birinə 30-40, hətta 60 min bəyənmə gəlib”.

Bizim.Media 

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO