Bu səlahiyyətlər BNA-dan alındı – Bundan sonra qurum nəylə məşğul olacaq?

Bu səlahiyyətlər BNA-dan alındı – Bundan sonra qurum nəylə məşğul olacaq?

Hazırda oxunan: Bu səlahiyyətlər BNA-dan alındı – Bundan sonra qurum nəylə məşğul olacaq?

59168

Xəbər verildiyi kimi Bakı Nəqliyyat Agentliyi bundan sonra publik hüquqi şəxs statusu ilə Bakı Şəhər İcra Hakimiyyətinin tabeliyində fəaliyyət göstərəcək. Ölkə başçısı İlham Əliyevin fərmanı ilə belə bir yeniliyə imza atılıb. Qurumun tərkibində olan “Nəqliyyatı İntellektual İdarəetmə Mərkəzi” Məhdud Məsuliyyətli Cəmiyyəti isə Daxili İşlər Nazirliyinin səlahiyyətlərinə verilib.

Məlum fərmanda hələki səlahiyyətləri genişlənən hər iki qurumun konkret görəcəyi işlər açıqlanmayıb. 

Son qərardan sonra sürücüləri düşündürən parklanma məsələsi daha da aktuallaşıb. İllərdir həlli müşkülə çevrilən bu problemi hansı qurum yoluna qoya biləcək? 

Məsələ ilə bağlı Bakı Şəhər İcra Hakimiyyəti və Daxili İşlər Nazirliyindən hər hansı mövqe almaq mümkün olmayıb.

Daxili İşlər Nazirliyinin mətbuat katibi Elşad Hacıyev isə fərmanda qeyd olunduğu kimi DİN-ə verilən səlahiyyətlərin bir ay müddətində təmin edilməsini əsas tutaraq, şərh vermək istəmədiyini bildirib.
 

MÖVZU İLƏ BAĞLI:

BNA Bakı Şəhər İcra Hakimiyyətinin tabeliyinə verildi – FƏRMAN 


Mövzu ilə bağlı danışan nəqliyyat eksperti Elməddin Muradlı parklanma məsələsinin fərmanda hələki açıq qaldığını vurğulasa da, məntiqlə bu sahəyə yol polisinin nəzarət edəcəyini deyib:

“Elə cərimələri də yol polisi tətbiq edəcək. Çünki BNA bu günə qədər parklanma ilə bağlı cərimələri Nəqliyyatı İntellektual İdarəetmə Mərkəzi üzərindən, yəni quruma inteqrasiya olunmuş kameralarla aşkarlayıb yazırdı. Bu yaxınlarda köhnə parkomatlar da üzə çıxdı. Hansı ki, Bakı şəhər İcra Hakimiyyətinin dövründə milyonlarla vəsaitə alınmışdı və onlar yararsız bir əşya kimi hanısısa zirzəmidə çürüyür. Ona görə də bu məsələlərin təşkili, təhlükəsizliyinin təmin edilməsi bir qədər həssas məsələdir. Bakı Şəhər İcra Hakimiyyəti tikinti, abadlıq və təmizlik işləri ilə məşğul olur. Yol hərəkətinin təşkili Bakı şəhər İcra Hakimiyyətinin səlahiyyətində olası bir məsələ deyil.
 

Bu sahə və parklanma yol polisinin nəzarətində olmalıdır. İstər Bakı, istərsə də regionlarda baş verənləri və bütün hərəkətləri yol polisi bilir. Eyni zamanda kamera ilə bağlı da nəzarət onların əlində geniş imkanların olması deməkdir”.


Ekspert tabeliliyi Bakı şəhər İcra Hakimiyyətinə verilən BNA-da da bir çox səlahiyyətlərin qaldığını xatırladıb:

“Taksi fəaliyyətinin təkmilləşdirilməsi məsələsi uzun müddətdir ki, müzakirə olunur və insanları ciddi şəkildə narahat edir. Hesab edirəm ki, BNA-nın əvvəlcədən işi ictimai nəqliyyatın gücləndirilməsi və qaydaya salınması istiqamətində olmalı idi ki, bundan sonra da qurum bu sahə üzrə davam edəcək.

BakıKart sistemi, yolların xətlənməsi, nişanların qoyulması və işıqforların təminatı işini davam etdirəcəklər. Dəyişən fundamental bir şey yoxdur. Yəni tabeli bir qurum kimi BNA yenə də öz işlərini görəcək. Hacıbala Abutallbovun dövründə pis bir ənənə ortada idi. Çünki mülki təşkilat heç vaxt polisin səlahiyyətinə aid məsələni icra edə bilməz. Polisi görən hər kəs qayda-qanuna əməl edir”.

Alçina Amilqızı, Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO