Bakının daha bir küçəsi asfaltlanır - FOTO 

Bakının daha bir küçəsi asfaltlanır - FOTO 

Hazırda oxunan: Bakının daha bir küçəsi asfaltlanır - FOTO 

59151

Vətəndaşların rahat gediş-gəlişinin təmin olunması istiqamətində dövlət başçısının tapşırığına uyğun olaraq, Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyi (AAYDA) tərəfindən Yasamal rayonu Bəsti Bağırova küçəsi əsaslı şəkildə yenidən qurulur. Küçənin uzunluğu 450 metr təşkil edir. 

AAYDA-dan Bizim.Media-ya verilən məlumata görə, aparılan işlər çərçivəsində küçənin köhnə asfalt-beton örtüyünün üst qatı frezlənərək kənara daşınıb, yararsız səki daşları sökülərək 1100 p/metr uzunluğunda yeni səki daşları ilə əvəz olunub.

Hazırda 8390 kv.m sahədə yeni piyada səkiləri yaradılır, 6530 kv.m sahədə hərəkət hissədə asfaltlanma işləri icar olunur. 

Bu işlərə paralel olaraq səth sularının normal kənarlaşdırılmasını təmin etmək məqsədi ilə yağış-kanalizasiya sisteminin bərpa olunaraq işlək vəziyyətə salınıb, küçə boyu yeni yağış barmaqlıqlarının, həmçinin yeraltı kommunikasiya xətlərinin dəmir-beton plitələrinin qaldırılaraq 78 ədəd yeni baxış qapaqlarının qoyulması isə nəzərdə tutulub. 

Yenidənqurma işlərinin son mərhələsində küçə zəruri yol nişanları, üfiqi nişanlanma xətləri, piyada zolaqları və xüsusi parkinq yerləri ilə təmin olunaraq vətəndaşların istifadəsinə veriləcək. 

Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO