Bakıdan Qəbələyə və əks istiqamətə dəmir yolu ilə səfər etmək mümkün olub

Bakıdan Qəbələyə və əks istiqamətə dəmir yolu ilə səfər etmək mümkün olub

Hazırda oxunan: Bakıdan Qəbələyə və əks istiqamətə dəmir yolu ilə səfər etmək mümkün olub

590939

Yeni istifadəyə verilmiş Gəncə–Qəbələ–Gəncə dəmir yolu marşrutundan istifadə etməklə hər gün Bakıdan Qəbələyə və əks istiqamətə səfər etmək mümkün olub.

Bu barədə Bizim.Media "Azərbaycan Dəmir Yolları" QSC-ə (ADY) istinadən xəbər verir.

Belə ki, Bakı–Qazax qatarı ilə saat 10:50-də Ləki stansiyasına çatıb, saat 11:12-də Gəncə–Qəbələ qatarı ilə Qəbələyə, Qəbələ–Gəncə qatarı ilə isə saat 18:45-də Ləki stansiyasına çatıb, saat 19:02-də Qazax–Bakı qatarı ilə Bakıya səyahət etmək mümkündür.

Qeyd olunan istiqamətlərlə yanaşı, Bakı-Qəbələ-Bakı marşrutu üzrə ənənəvi qrafiklə şənbə və bazar günləri müntəzəm reyslər təşkil olunur.

Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO