Hadrut sakini: " Buranın təbiəti o qədər gözəldir ki...” – VİDEO

Hadrut sakini: " Buranın təbiəti o qədər gözəldir ki...” – VİDEO

Hazırda oxunan: Hadrut sakini: " Buranın təbiəti o qədər gözəldir ki...” – VİDEO

590921

Baku TV artıq dörd aydır Xocavənd rayonunun Hadrut qəsəbəsində məskunlaşan Mustafayevlər ailəsinin qonağı olub.

Bizim.Media xəbər verir ki, qəsəbə sakini Zahid Mustafayev bildirib ki, doğma yurda dönüşdən sonra uzun illərlə davam edən həsrət bitib.

"4 aydır burdayıq. Hadruta qayıtmağım 37 il çəkib, ancaq indi elə bilirəm ki, arada o illər olmayıb. Bu 4 ay o illəri bağladı. Burada insan üçün lazım olan hər şey var - təmiz havası, suyu, yaşayış şəraiti. Normal həyat tərzi üçün nə lazımdırsa, təmin olunub", - deyə o qeyd edib.

Ev sahibəsi Flora Mustafayeva isə deyib: "Buranın xoş ab-havası var. Səhərlər yaz havası kimi hiss olunur. Bir il sonra buralar indikindən də gözəl olacaq. Buranın təbiəti o qədər gözəldir ki, torpağa atdığın hər tumun bəhrəsini görürsən".


Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO