Təqaüdə çıxmadan pensiya kapitalından istifadə mümkün olacaq? – RƏSMİ AÇIQLAMA

Təqaüdə çıxmadan pensiya kapitalından istifadə mümkün olacaq? – RƏSMİ AÇIQLAMA

Hazırda oxunan: Təqaüdə çıxmadan pensiya kapitalından istifadə mümkün olacaq? – RƏSMİ AÇIQLAMA

590909

“Pensiya kapitalı şəxsin fərdi hesabının sığorta hissəsinin toplanan vəsaitdir”.

Bizim.Media xəbər verir ki, bunu Dövlət Sosial Müdafiə Fondunun sədri Zəka Mirzəyev 2025-ci ilin yekunları və 2026-cı ilin hədəflərinə dair keçirilən mətbuat konfransında deyib.

O bildirib ki, bu vəsait pensiya hüququ yarandığı halda istifadə edilə bilər:

"Yəni məcburi dövlət sosial sığorta haqları hesabına qeydə alınan vəsaitdən danışırıq. Bu vəsait pensiya hüququ yarandığı halda istifadə edilə bilər. Bu, hüquqi tərəfdir.

Məntiqi tərəfdən baxsaq, pensiya hüququ yaranmadan bu vəsaitdən istifadə necə doğru ola bilər? Beynəlxalq təcrübədə məcburi dövlət sığorta haqqları hesabına qeydə alınan vəsaitin vaxtından əvvəl əldə edilməsi praktikası yoxdur. Gələcəkdə özəl pensiya fondları barədə qanun olarsaŞ nəsə əlavə ödənişlər verilərsə, bu məsələyə baxıla bilər".

Günay Şahmar, Sadiq Məmmədov, Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO