Ali Məhkəmə iş adamı barədə bəraət hökmünü qüvvədə saxladı - FOTO

Ali Məhkəmə iş adamı barədə bəraət hökmünü qüvvədə saxladı - FOTO

Hazırda oxunan: Ali Məhkəmə iş adamı barədə bəraət hökmünü qüvvədə saxladı - FOTO

590907

Ali Məhkəmədə ömürlük məhkum "Gəncəli Mübariz" kimi tanınan Mübariz Niyazovun oğlu Ramin Niyazovun iş adamı Eldəniz Verdiyev barəsində Bakı Apellyasiya Məhkəməsinin qərarından verdiyi kassasiya şikayətinə baxılıb.

Bizim Media xəbər verir ki, bu barədə məlumatı oxu.az-a E.Verdiyevin vəkili Asim Abbasov deyib.

O bildirib ki, məhkəmə şikayəti araşdırsa da, təmin etməyib. Bakı Apellyasiya Məhkəməsinin qərarı qüvvədə saxlanılıb.

Qeyd edək ki, Ramin Niyazov sosial şəbəkələrdə və media resurslarında Eldəniz Vəliyevi ağır və xüsusi ağır cinayətlərdə ittiham edərək böhtan atmaqda günahlandıraraq Səbail Rayon Məhkəməsinə müraciət edib.

Məhkəmə Ramin Niyazovun verdiyi şikayəti təmin etməyib, Eldəniz Verdiyev barəsində bəraət qərarı çıxarıb.

Bakı Apellyasiya Məhkəməsi də qərarı qüvvədə saxlamışdı. R.Niyazov Bakı Apellyasiya Məhkəməsinin qərarından kassasiya şikayəti vermişdi.


Bizim Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO