Dövlət orqanlarında çalışanların NƏZƏRİNƏ

Dövlət orqanlarında çalışanların NƏZƏRİNƏ

Hazırda oxunan: Dövlət orqanlarında çalışanların NƏZƏRİNƏ

590899

"Bu il yanvarın 1-dən etibarən bir sıra dövlət orqanlarında çalışanların istehsalatda bədbəxt hadisələr və peşə xəstəlikləri nəticəsində peşə əmək qabiliyyətinin itirilməsi hallarından icbari sığortalanması DSMF tərəfindən həyata keçirilir".

Bizim.Media xəbər verir ki, bunu Dövlət Sosial Müdafiə Fondunun sədri Zəka Mirzəyev 2025-ci ilin yekunlarına dair keçirdiyi mətbuat konfransında deyib.

"Dövlət və bələdiyyə orqanlarında, dövlət və ya bələdiyyə mülkiyyətində olan və ya paylarının nəzarət zərfi dövlətə və ya bələdiyyəyə məxsus olan hüquqi şəxslərdə, dövlət adından yaradılan publik hüquqi şəxslər və büdcə təşkilatlarında çalışanların, habelə istehsalat təcrübəsi keçən tələbə və şagirdlərin, könüllülərin istehsalatda bədbəxt hadisələr və peşə xəstəlikləri nəticəsində peşə əmək qabiliyyətinin itirilməsi hallarından icbari sığortalanması DSMF tərəfindən həyata keçirilir".

Onun sözlərinə görə, bu ilədək bu sığortalanma kommersiya fəaliyyəti olmaqla həyat sığorta şirkətləri tərəfindən həyata keçirilirdi.

Günay Şahmar, Sadiq Məmmədov, Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO