Eldar Eyvazov yüksək vəzifəyə TƏYİN EDİLDİ

Eldar Eyvazov yüksək vəzifəyə TƏYİN EDİLDİ

Hazırda oxunan: Eldar Eyvazov yüksək vəzifəyə TƏYİN EDİLDİ

590890

"Azərbaycan Dəmir Yolları" Qapalı Səhmdar Cəmiyyətinə yeni təyinat olub.

Bizim.Media oxu.az-a istinadən xəbər verir ki, bu barədə QSC sədri Rövşən Rüstəmov əmr imzalayıb.

Əmrə əsasən, Eldar Mehman oğlu Eyvazov Risklərin idarə edilməsi və daxili nəzarət departamentinin Risk inzibatçılığı şöbəsinin müdiri vəzifəsinə təyin olunub.

Qeyd edək ki, Eldar Eyvazov 1992-ci ildə anadan olub. O, 2013-cü ildə Azərbaycan Dövlət İqtisad Universitetinin Maliyyə ixtisası üzrə bakalavr, 2016-cı ildə həmin universitetin Xidmət sferasında mühasibat uçotu və audit ixtisası üzrə magistr pillələrini bitirib.

O əmək fəaliyyətinə 2014-cü ildə "Azərbaycan Şəkər İB" MMC-də başlayıb, sonra "Azersun Holding", İxracın və İnvestisiyaların Təşviqi Agentliyi və "Paşa Sığorta" ASC kimi şirkətlərdə müxtəlif vəzifələrdə çalışıb.

Bizim.Media
 

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO