Son günlər sabiq təhsil naziri Misir Mərdanovun ətrafında söhbətlər səngimək bilmir. Yayılan iddialara görə, Misir Mərdanov Bakı Dövlət Universitetinin Hesablama riyaziyyat kafedrasında Ramiz Mehdiyevin həyat yoldaşı Qalina Mehdiyevanı kafedra müdiri postunda əvəzləyəcək.
Maraqlı burasındadır ki, universitetin rəsmi səhifəsində Hesablama riyaziyyat kafedrasına başqa şəxsin rəhbərlik etdiyi məlum olur, Qalina Mehdiyevanın adına rast gəlmək mümkün deyil.
Bizim.Media xəbər verir ki, Misir Mərdanov “oxu.az”a açıqlamasında məsələyə münasibət bildirib:
"Məndən bir cümlə alıb yüz yerə yozurlar. Heç nə danışmaq istəmirəm, siz düz yazsanız da, başqaları cümlələri götürüb dəyişirlər. Başım sakit yaşayıram. Nə deyirlər, bilmirəm. Mən öz işimi davam etdirirəm. Harada işləyəcəyimi də özüm bilərəm", - deyə M.Mərdanov bildirib.
Bakı Dövlət Universitetinin Mətbuat Xidmətindən isə bildirilib ki, iddialar tamamilə yanlışdır, belə təyinat gözlənilmir:
"2022-ci ildən Hesablama riyaziyyatı və riyazi modelləşdirmə kafedrasının müdiri vəzifəsinə professor Vaqif İbrahimov rəhbərlik edir.
Professor Misir Mərdanov isə uzun müddətdir ki, Ali riyaziyyat və riyaziyyatın tədrisi metodikası kafedrasının müdiri vəzifəsində çalışır".

Bizim.Media

- A-
- A
- A+
Cəmiyyət
11:22 / 15.01.2026
Misir Mərdanov Ramiz Mehdiyevin həyat yoldaşının vəzifəsinə gətirilir? - RƏSMİ AÇIQLAMA
Hazırda oxunan: Misir Mərdanov Ramiz Mehdiyevin həyat yoldaşının vəzifəsinə gətirilir? - RƏSMİ AÇIQLAMA
Hazırda oxunan: Misir Mərdanov Ramiz Mehdiyevin həyat yoldaşının vəzifəsinə gətirilir? - RƏSMİ AÇIQLAMA
590882
© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.



































































































