Tələbələrə şad xəbər: Fevralın 16-dan başlayacaq - VİDEO

Tələbələrə şad xəbər: Fevralın 16-dan başlayacaq - VİDEO

Hazırda oxunan: Tələbələrə şad xəbər: Fevralın 16-dan başlayacaq - VİDEO

59087

Fevralın 16-dan yaz semestri üzrə təhsil krediti ilə bağlı müraciətlərin qəbuluna başlanılacaq.  

Bizim.Media xəbər verir ki, artıq Təhsil Tələbə Krediti Fonduna  təhsil krediti üçün 5000 müraciət daxil olub.

Bu müraciətlərdən isə 1945-nə müsbət rəy verilib. Daha 1200 müraciət isə artıq emal olunub və onların rəsmiləşdirilməsi yaxın iki həftədə baş tutacaq. 

Qeyd edək ki, hazırda yalnız əyani tədris alan tələbələrə təhsil kreditləri verilir. Belə ki, qiyabi təhsil alan tələbələr də kredit almaq üçün müraciət etsələr də, onlara sistem avtomatik imtina cavabı göndərir. Keçən həftə 420 nəfərə məhz bu səbəbdən imtina verilib.

Bizim.Media


© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO