Balakəndə maşın piyadanı vurub. Hadisə bir həftə əvvəl rayonun Qazma kəndi ərazisində baş verib.
Bizim.Media-nın yerli bürosu xəbər verir ki, yanvarın 9-da rayon sakini Sadiq Balagözov idarə etdiyi “VAZ-2115” markalı avtomobillə Balakən rayonunun Qazma kəndindən şəhər istiqamətində hərəkətdə olarkən yolu keçən piyada, 64 yaşlı Cəərey Əliyevanı vurub. Piyada aldığı xəsarətlərdən dünən xəstəxanada vəfat edib.
DİN-in Mətbuat Xidmətinin regional qrupundan bildirilib ki, faktla bağlı cinayət işi başlanılıb, istintaq aparılır.
Tural Rasim oğlu, Bizim.Media, Şimal-Qərb bürosu

- A-
- A
- A+
Cəmiyyət
09:46 / 15.01.2026
Maşının vurduğu qadın piyada bir həftə sonra öldü
Hazırda oxunan: Maşının vurduğu qadın piyada bir həftə sonra öldü
Hazırda oxunan: Maşının vurduğu qadın piyada bir həftə sonra öldü
590859
© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.


































































































