Xərçəngə qarşı, immunitet gücləndirici, vitamin rekordçusu - Bolqar bibərinin hansı rəngi güclüdür?

Xərçəngə qarşı, immunitet gücləndirici, vitamin rekordçusu - Bolqar bibərinin hansı rəngi güclüdür?

Hazırda oxunan: Xərçəngə qarşı, immunitet gücləndirici, vitamin rekordçusu - Bolqar bibərinin hansı rəngi güclüdür?

590829

Diyetoloqlar Cincer Haltin və Kara Laydon bolqar bibərinin sağlamlıq üçün faydalarının onun rəngindən asılı olduğunu bildiriblər.

Bizim.Media xəbər verir ki, onlar "HuffPost"a verdikləri müsahibədə bu tərəvəzin gözlənilməz xüsusiyyətlərini və qida dəyərindəki fərqləri izah ediblər.

Mütəxəssislərin sözlərinə görə, rəngindən asılı olmayaraq bütün bolqar bibərləri lif, antioksidanlar, C və A vitaminləri, həmçinin kalium, kalsium və fosforla zəngindir.

Bu xüsusiyyətlər onları immunitetin gücləndirilməsi və ümumi sağlamlığın qorunması üçün faydalı qida edir.
 

Ginger Hultin bildirib ki, yaşıl bolqar bibərləri ən az yetişmiş formadır. Onlar daha çox xlorofil ehtiva edir, karbohidrat və kalori baxımından isə digər növlərlə müqayisədə daha aşağı göstəricilərə malikdir. Bu səbəbdən pəhriz saxlayanlar üçün uyğun seçim hesab olunur.


Kara Lydon isə qırmızı bolqar bibərinin qida dəyərinə görə rekordçu olduğunu vurğulayıb. Daha uzun müddət yetişdiyi üçün tərkibində antioksidantların, eləcə də C və A vitaminlərinin miqdarı daha yüksək olur. Bu da onu hüceyrələrin qorunması və immun sisteminin gücləndirilməsi baxımından xüsusilə dəyərli edir. (e-saglam.az)

Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO