Azərbaycana qarşı cinayət törətmiş xunta rəhbərlərinin Ermənistana təhvil verilməsi ehtimalı yoxdur

Azərbaycana qarşı cinayət törətmiş xunta rəhbərlərinin Ermənistana təhvil verilməsi ehtimalı yoxdur

Hazırda oxunan: Azərbaycana qarşı cinayət törətmiş xunta rəhbərlərinin Ermənistana təhvil verilməsi ehtimalı yoxdur

590816

Azərbaycan və Ermənistan arasında əldə olunmuş ikitərəfli razılığa və humanizm prinsiplərinə uyğun olaraq, Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin müxtəlif maddələri ilə təqsirli bilinərək ölkəmizdə cəza çəkən 4 nəfər - Xaçatryan Vaqif Çerkezi, Sujyan Gevorq Rubenoviç, Davtyan David Tiqrani və Eulcekciyan Vigen Abraham Ermənistana təhvil verilib.

Bu addım obyektiv səbəbləri barədə məlumat yayılsa da, sosial mediada aparılan müzakirələrdə hazırda məhkəmə prosesi aparılan şəxslərin də sonda Ermənistana təhvil veriləcəyi ehtimalını irəli sürüblər.

Bizim.Media xəbər verir ki, apa-nın hakimiyyətdəki mənbələrindən əldə etdiyi məlumata görə, belə ehtimal yoxdur.

"Bu ehtimallar illüziyadır. Azərbaycan xalqına qarşı cinayət törətmiş xuntanın rəhbərləri və digər şəxslərin azadlığa buraxılması və ya Ermənistana təhvil verilməsi ehtimalı yoxdur", - deyə, hakimiyyətdəki mənbə bildirib.

Başqa bir hakimiyyət rəsmisi də agentliyə qətiyyətlə eyni fikri söyləyib:

"Onlar törətdikləri cinayət əməllərinə görə cavab verəcəklər və günahları sübut olunduqdan sonra ən sərt formada cəzalandırılacaqlar".

Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO