Bir çox insanın sevərək istehlak etdiyi meyvə qurularının, çərəzlərin saxlanma şəraiti alıcılar üçün önəmli məsələdir. Xüsusilə açıq havada satılan çərəz və meyvə quruları toz, nəm və müxtəlif çirklənmələrə məruz qala bilər. Bu isə sağlamlıq üçün ciddi risk yaradır.
Son vaxtlar isə çərəz və meyvə qurularını həşəratlardan qorumaq üçün bu məhsullara "dixlofos" deyilən milçək dərmanı çiləndiyi iddia olunur.
Məsələnin ciddiliyini nəzərə alaraq, araşdırma aparmaq qərarına gəldik...
Mütəxəssislər hesab edir ki, satış zamanı çərəz və meyvə qurularının hava keçirməyən qablaşdırmada saxlanması, müntəzəm olaraq təmizlənməsi və nəzarət altında olması vacibdir. Həmçinin məhsulların saxlama temperaturu və rütubət səviyyəsinə, eləcə də uzun müddət açıq qalmamasına diqqət yetirilməlidir.
Maraqlıdır, bu məhsullar uzun müddət açıqda necə saxlanılır? Doğrudanmı çərəz və meyvə qurularına "dixlofos" deyilən milçək dərmanı vurulur?
Ətraflı Bizim.Media-nın videosüjetində:
Nəzrin Mirzəyeva, Sadiq Məmmədov, Bizim.Media

- A-
- A
- A+
Cəmiyyət
13:00 / 14.01.2026
Süfrəmizə gələn “ZƏHƏR” – Çərəz və meyvə qurularına milçək dərmanı VURULUR? - VİDEO
Hazırda oxunan: Süfrəmizə gələn “ZƏHƏR” – Çərəz və meyvə qurularına milçək dərmanı VURULUR? - VİDEO
Hazırda oxunan: Süfrəmizə gələn “ZƏHƏR” – Çərəz və meyvə qurularına milçək dərmanı VURULUR? - VİDEO
590711
© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.






























































































