Müvəqqəti fəaliyyət göstərən xüsusi icra məmurlarının xidmət haqqı BELƏ ÖDƏNİLƏCƏK

Müvəqqəti fəaliyyət göstərən xüsusi icra məmurlarının xidmət haqqı BELƏ ÖDƏNİLƏCƏK

Hazırda oxunan: Müvəqqəti fəaliyyət göstərən xüsusi icra məmurlarının xidmət haqqı BELƏ ÖDƏNİLƏCƏK

590392

Nazirlər Kabineti müvəqqəti fəaliyyət göstərən xüsusi icra məmurlarının xidmət haqqının ödənilməsi qaydasını təsdiqləyib.

Bizim.Media xəbər verir ki, bununla bağlı Baş nazir Əli Əsədov qərar imzalayıb.

Qərara əsasən xidmət haqqı aşağıdakı məbləğlərlə müəyyən olunacaq:

- Qanunun 34.2-ci maddəsində nəzərdə tutulan hallarda əvəzetmə müddəti ərzində tutulmuş standart haqların sabit hissəsinin 10 faizi və ödənilmiş əlavə icra haqlarının 20 faizi (əvəzetmə müddəti ərzində icraatına başlanılmış və həmin müddətdə icrası tam təmin edilmiş icra sənədləri üzrə əlavə icra haqlarının 80 faizi) miqdarında;
 

- Qanunun 35.1-ci və 35.2-ci maddələrində nəzərdə tutulan hallarda əvəzetmə müddəti ərzində tutulmuş standart haqların sabit hissəsinin 15 faizi və ödənilmiş əlavə icra haqlarının 30 faizi (əvəzetmə müddəti ərzində icraatına başlanılmış və həmin müddətdə icrası tam təmin edilmiş icra sənədləri üzrə əlavə icra haqlarının tamamı) miqdarında;


- Qanunun 36.1-ci maddəsində nəzərdə tutulan hallarda fəaliyyətin hər tam ayı üçün 2 500 manat miqdarında, lakin 3 aydan çox olmamaqla.

Qaydalara əsasən nəzərdə tutulan xidmət haqqı Xüsusi İcra Məmurlarının Palatasının üzvlük haqları hesabına ödəniləcək.

Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO