Şəkidə İNSİDENT - 26 yaşlı oğlan tərəfindən döyüldü, xəstəxanada HƏYATINI İTİRDİ

Şəkidə İNSİDENT - 26 yaşlı oğlan tərəfindən döyüldü, xəstəxanada HƏYATINI İTİRDİ

Hazırda oxunan: Şəkidə İNSİDENT - 26 yaşlı oğlan tərəfindən döyüldü, xəstəxanada HƏYATINI İTİRDİ

590377

Yanvarın 10-da Şəki rayonunun İnçə kəndi ərazisində cinayət hadisəsi baş verib.

Bizim.Media-nın yerli bürosu xəbər verir ki, 1960-cı il təvəllüdlü Səttar Nəbiyevlə 26 yaşlı Hüseyn İsmayılov arasında şəxsi münasibətlər zəminində mübahisə yaranıb.  
 

Mübahisə zamanı H.İsmayılov S.Nəbiyevin üz nahiyəsinə əli ilə vuraraq xəsarət yetirib. Bundan sonra xəsarət alan şəxs H.İsmayılovun atası tərəfindən evinə aparılarkən o, yolda avtomobildən enib və bir qədər getdikdən sonra yıxılaraq növbəti dəfə xəsarət alıb. 


Xəstəxanaya yerləşdirilən S.Nəbiyev bu gün aldığı xəsarətlərdən xəstəxanada ölüb. Polis əməkdaşlarının həyata keçirdikləri tədbirlərlə H.İsmayılov şübhəli şəxs qismində saxlanılıb.

Faktla bağlı araşdırmalar davam etdirilir.

Tural Rasimoğlu, Bizim.Media, Şimal-qərb bürosu

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO