Şirniyyat paketlərinin içərisində siqaret keçirmək istədi, saxlanıldı

Şirniyyat paketlərinin içərisində siqaret keçirmək istədi, saxlanıldı

Hazırda oxunan: Şirniyyat paketlərinin içərisində siqaret keçirmək istədi, saxlanıldı

59025

Şirniyyat paketlərinin içərisində siqaret aşkar edildiənub Ərazi Baş Gömrük İdarəsinin “Biləsuvar” gömrük postunda İran İslam Respublikasından ölkəmizə gələn Azərbaycan Respublikası vətəndaşı gömrük nəzarət zonasına daxil olarkən şifahi qaydada 200 ədəd siqaretinin olduğunu bəyan edib. 

Bizim.Media Gömrük Komitəsinə istinadən xəbər verir ki, sərnişin keçid xəttində olan rentgen qurğusundan keçərkən ona məxsus iki ədəd şəffaf selofan torbanın içərisində də siqaretlərin təsviri müşahidə edilib.

Yoxlama zamanı sərnişinə məxsus əl yüklərində olan şirniyyat paketlərində gizlədilən, gömrük nəzarətinə bəyan edilməyən 2000 ədəd “Marlboro” markalı siqaret aşkar edilib.

Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO