Tovuzda xəsarətlə nəticələnən yol-nəqliyyat hadisəsi baş verib.
Bizim.Media-nın yerli bürosunun məlumatına görə, hadisə rayonun Düz Cırdaxan kəndində qeydə alınııb.
Belə ki, Bakı istiqamətinə hərəkət edən "Mercedes" markalı sərnişin avtobusu "VAZ-2106" markalı maşınla toqquşub.
Qəza zamanı "VAZ"ın sürücüsü, 1988-ci il təvəllüdlü Zaur Həsənov müxtəlif bədən xəsarətləri alaraq xəstəxanaya yerləşdirilib.
Avtobusda olanlar digər mikroavtobusla Bakı şəhərinə yola salınıblar.
Hadisə yerinə DYP əməkdaşları cəlb olunub. Faktla bağlı araşdırma aparılır.
Məqsəd Rəhimov, Bizim.Media, Qərb Bürosu

































































































