Təbiətin insana bəxş etdiyi ən nadir və keyfiyyətli istilik izolyatorlarından biri qaqa ördəyinin tükü hesab olunur.
Bizim.Media xəbər verir ki, bu unikal material son dərəcə yüngül, elastik və davamlıdır, eyni zamanda ən sərt iqlim şəraitində belə insanı soyuqdan qorumaq qabiliyyətinə malikdir.
Mütəxəssislərin fikrincə, qaqa ördəyinin tükü −50 dərəcəyədək temperaturda istiliyi effektiv şəkildə saxlayır.
Qaqa ördəyinin tükü digər quş tüklərindən fərqli olaraq topa halına düşmür, uzun illər formasını itirmir və nəmi itələyən təbii xüsusiyyətə sahibdir. Məhz bu keyfiyyətlər onu adi qaz və ya ördək tükündən xeyli üstün edir və ekstremal soyuqlar üçün ideal izolyatora çevirir.
Bu nadir tükün dəyərini artıran əsas məqam onun tamamilə əl ilə və quşlara zərər verilmədən toplanmasıdır.
Qaqa ördəkləri yuvalarını qorumaq üçün döşəməyə öz tüklərini sərir, insanlar isə yalnız bala çıxdıqdan sonra yuvalarda qalan tükləri yığırlar. Zəhmətli və məhdud miqyasda aparılan bu proses nəticəsində 1 kiloqram qaqa ördəyinin tükünün qiyməti 5 min dollara qədər yüksəlir.
Elə buna görə də qaqa ördəyinin tükü əsasən premium və elit seqmentə aid qış gödəkçələri və üst geyimlərində istifadə olunur. Bu geyimlər yüngüllük, maksimal istilik qorunması və uzunömürlülük baxımından dünyada ən yüksək standartlara cavab verir. (Musavat.com)
Bizim.Media

- A-
- A
- A+
Cəmiyyət
08:45 / 12.01.2026
Qızıldan baha tük: 1 kiloqramı 5 min dollar olan təbiət möcüzəsi
Hazırda oxunan: Qızıldan baha tük: 1 kiloqramı 5 min dollar olan təbiət möcüzəsi
Hazırda oxunan: Qızıldan baha tük: 1 kiloqramı 5 min dollar olan təbiət möcüzəsi
590243
© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.
































































































