Oğuzda baş verən yol-nəqliyyat hadisəsi zamanı yaralanan şəxslərin vəziyyəti məlum olub.
MÖVZU İLƏ BAĞLI:
Bizim.Media xəbər verir ki, bu barədə informasiyanı Oğuz Rayon Mərkəzi Xəstəxanası yayıb.
Qeyd olunub ki, yanvarın 11-də, saat 15:10-da Oğuz rayonu, Kərimli kəndi ərazisində baş verən yol-nəqliyyat hadisəsi ilə əlaqədar üç nəfər (2 kişi, 1 qadın) Oğuz Rayon Mərkəzi Xəstəxanasının Təcili tibbi yardım şöbəsinə hospitalizasiya olunub.
"Yaralılara bud sümüyünün yerdəyişmiş sınığı, bədənin müxtəlif nahiyələrinin səthi travmaları, daxili qanaxma, baldır sümüyünün açıq yarası diaqnozları təyin olunub və zəruri tibbi xidmətlər göstərilib.
Vəziyyəti orta ağır qiymətləndirilən 1967-ci il təvəllüdlü şəxs (kişi) ixtisaslı tibbi xidmətin göstərilməsi üçün Qəbələ Rayon Mərkəzi Xəstəxanasına, vəziyyəti orta ağır qiymətləndirilən 1978-ci il təvəllüdlü (qadın) şəxs Mingəçevir Şəhər Mərkəzi Xəstəxanasına təxliyə olunublar.
Vəziyyəti kafi qiymətləndirilən 1994-cü il təvəllüdlü şəxs (kişi) iltizamnamə əsasında ixtisaslı tibbi xidmətdən imtina edib". (Oxu.az)
Bizim.Media































































































