Şair Əli Vəkil vəfat etdi

Şair Əli Vəkil vəfat etdi

Hazırda oxunan: Şair Əli Vəkil vəfat etdi

59022

Azərbaycan Yazıçılar Birliyinin (AYB) üzvü, şair, tərcüməçi Əli Vəkil vəfat edib.

Bizim.Media xəbər verir ki, bu haqda informasiyanı AYB yayıb. Mənbə qeyd edir ki, şair bu gün dünyasını dəyişib.

Xatırladaq ki, Əli Vəkil 1938-ci il iyunun 10-da Qərbi Azərbaycanın Basarkeçər rayonunun (indiki Vardenis) Yuxarı Şorca kəndində anadan olub. Şişqaya kənd orta məktəbini bitirib. İrəvanda Ermənistan Dövlət Pedaqoji İnstitutunun fizika-riyaziyyat fakültəsinin Azərbaycan şöbəsində təhsil alıb. Əmək fəaliyyətinə Ermənistan Dövlət Televiziya və Radio Verilişləri Komitəsinin Azərbaycan dilində verilişlər redaksiyasında diktor-redaktor kimi başlayıb. 

M.A.Əliyev adına Azərbaycan Dövlət İncəsənət İnstitutunun teatrşünaslıq fakültəsini qiyabi bitirib.

1972-ci ildən Azərbaycan Yazıçılar Birliyinin üzvü olan şairin “Zəfər çələngi” (1967), “ İki günəş” (1971), “Doğma Yollar” (1979), “ Ata həsrəti” ( 1979), “Göyərçinlər” ( 1983), “Yeddi dağ” ( 1984), “Şəlalə” (1988), “Ana qayğısı” (1991) kitabları işıq üzü görüb.

Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO