Moskvada yağan son qar 146 ilin ən güclü beş qar yağışından biri olub

Moskvada yağan son qar 146 ilin ən güclü beş qar yağışından biri olub

Hazırda oxunan: Moskvada yağan son qar 146 ilin ən güclü beş qar yağışından biri olub

590218

Rusiya Hidrometeorologiya Mərkəzinin (Gidromettsentr) məlumatına görə, 9 yanvar 2026-cı ildə Moskvada müşahidə olunan qar yağışı 146 illik meteoroloji müşahidələr tarixində ən güclü beş hadisədən biri kimi qeydə alınıb.

Bizim.Media xəbər verir ki, bu barədə “RIA Novosti” xəbər verir.
 

Bildirilir ki, bir sutka ərzində paytaxtda 21,4 mm yağıntı düşüb ki, bu da aylıq normanın təxminən 40 faizinə bərabərdir. Bununla da son 50 ilin sutkalıq yağıntı rekordu yenilənib. Əvvəlki rekord 1976-cı ildə – 12,9 mm idi.


Mütəxəssislərin məlumatına görə, Moskvada qar örtüyünün maksimal hündürlüyü 39 sm-ə çatıb. Moskva vilayətində isə bu göstərici 51 sm olub. Ən çox qar Çerusti, Mixaylovskoe və Serpuxov ərazilərində qeydə alınıb.

Alimlərin məlumatına əsasən, 146 il ərzində Moskvada yağıntının 15 mm-dən çox olduğu cəmi 24 güclü qar yağışı müşahidə edilib. Paytaxtda bu cür intensiv qar yağışları orta hesabla 5–6 ildən bir təkrarlanır.

Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO