Milli Hidrometeorologiya Xidmətinin yanvarın 11-i saat 11:00-a olan məlumatına əsasən ölkə ərazisinin bəzi yerlərində yağıntılı və küləkli hava şəraiti müşahidə olunur, dağlıq ərazilərdə qar yağır.
Bizim.Media xəbər verir ki, yağan qarın hündürlüyü Zaqatalada (Əlibəy) 27, Qaxda 15, Qubada 11, Qusarda 8, Gədəbəydə 4, Sədərəkdə 3, Şahdağ, Daşkəsəndə 2, Xaltan, Şəkidə (Kişçay) 1 sm-dir.
Bir sıra ərazilərdə şimal-qərb küləyi əsir. Küləyin maksimal sürəti Bakıda və Abşeron yarımadasında 21, Mingəçevirdə 18, Qobustanda 16 m/s-dək güclənir.
Naxçıvan, Şərur, Culfa, Daşkəsən, Göygöl, Balakən, Qax, Zaqatala, Qəbələ, Şəki, Şamaxı, Qobustan, Quba, Qusar, Göyçay, Kürdəmir, Sabirabad, Biləsuvar, Lerikdə duman müşahidə olunur.
Bizim.Media

- A-
- A
- A+
Cəmiyyət
11:21 / 11.01.2026
FAKTİKİ HAVA: Güclü külək əsir, qar yağır
Hazırda oxunan: FAKTİKİ HAVA: Güclü külək əsir, qar yağır
Hazırda oxunan: FAKTİKİ HAVA: Güclü külək əsir, qar yağır
590121
© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.






























































































