Azərbaycanın Misirdəki səfiri Elxan Poluxov BDU-nun Şərqşünaslıq fakültəsində

Azərbaycanın Misirdəki səfiri Elxan Poluxov BDU-nun Şərqşünaslıq fakültəsində

Hazırda oxunan: Azərbaycanın Misirdəki səfiri Elxan Poluxov BDU-nun Şərqşünaslıq fakültəsində

590013
Azərbaycanın Misirdəki fövqəladə və səlahiyyətli səfiri Elxan Poluxov Bakı Dövlət Universitetinin (BDU) Şərqşünaslıq fakültəsinin qonağı olub.
 
Şərqşünaslıq fakültəsinin dekanı Aydan Xəndan qonağa son illər fakültədə həyata keçirilən müsbət dəyişikliklər və kadr hazırlığı barədə məlumat verib, ərəb ölkələri ilə əlaqələrin yaradılmasının zərurətini vurğulayıb. Bu aspektdə Misir Ərəb Respublikası ilə olmuş təmaslar xatırlanıb. Səfir Elxan Poluxov Azərbaycanla Misir arasında əməkdaşlıqda təhsil əlaqələrinin əhəmiyyətindən danışıb.
 
Görüşdə Şərqşünaslıq fakültəsi ilə Misir universitetləri arasında əməkdaşlıq əlaqələri, ortaq tədqiqat işlərinin aparılması, birgə elmi seminar, ustad dərslərinin təşkili, xüsusilə də ərəb dilinin tədrisində təcrübə mübadiləsi məsələləri müzakirə olunub. 
 
© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO