Anar Mehdiyev buna görə azadlıqda imiş - Yeni detallar

Anar Mehdiyev buna görə azadlıqda imiş - Yeni detallar

Hazırda oxunan: Anar Mehdiyev buna görə azadlıqda imiş - Yeni detallar

589973

“Azərşəkər” MMC-nin İdarə Heyətinin sabiq sədri Anar Mehdiyevin cinayət məsuliyyətinə cəlb edilməsi ilə əlaqədar daha bir detal məlum olub.
 

MÖVZU İLƏ BAĞLI:

 Anar Mehdiyevə cinayət işi açıldı - Yarım milyondan çox yeyinti


Bizim.Media “Qafqazinfo.az”a istinadən xəbər verir ki, Baş Prokuror yanında Korrupsiyaya qarşı Mübarizə Baş İdarəsi tərəfindən yarım milyondan çox yeyinti faktı üzrə ittiham edilən Anar Mehdiyev və digərləri vurulmuş ziyanı tam ödəyiblər.

Faktla bağlı başlanmış istintaq çərçivəsində Anar Mehdiyevdən əlavə, cinayətdə iştirak edən daha iki məsul şəxs - Ruslan Ələsgərov və Əvəz Süleymanovun da qanunsuz əməlləri üzə çıxıb.

Müəyyən edilib ki, təqsirləndirilən şəxslər vəzifə səlahiyyətlərindən sui-istifadə edərək 800 min manat məbləğində vəsaiti mənimsəyiblər. Amma xüsusilə ağır cinayət əməli üzrə təqsirləndirilən şəxslərin heç biri həbs edilməyib.

Bunun səbəbi isə ibtidai istintaq mərhələsində prokurorluq tərəfindən 800 min manatlıq ziyanın Anar Mehdiyev və digərlərinə tam ödətdirilməsidir.
 

Qanuna əsasən, xüsusilə külli miqdar təşkil edən mənimsəmə faktı ilə bağlı başlanmış cinayət işinə xitam verilməsi üçün vurulmuş ümumi ziyanın (800 min manat) 50 faizi həcmində, yəni əlavə 400 min manat dövlət büdcəsinə ödənilməlidir. Lakin hazırkı iş üzrə 800 min manatdan əlavə ödəniş həyata keçirilməyib.


Gələcəkdə məhkəmə istintaqı dövründə də əlavə 400 min manat ödənilməzsə, ittihamedici hökm çıxarıla bilər. Hazırda təqsirləndirilənlər üçü də polis nəzarətindədirlər.

Qeyd edək ki, Anar Mehdiyev 2024-cü ilə qədər “Azərşəkər” MMC-nin İdarə Heyətinin sədri olub.

Həmçinin o, nizamnamə kapitalı 1 milyon manat olan “Dastan Agro” MMC-nin qanuni təmsilçisidir. Hər iki şirkət hazırkı cinayət işi üzrə zərərçəkmiş kimi tanınıb.

Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO