Dini Qurumlarla İş üzrə Dövlət Komitəsi Aparatına yeni rəhbər təyin olunub.
Bizim.Media xəbər verir ki, bu barədə qurumun sədri Ramin Məmmədov əmr imzalayıb.
Əmrə əsasən, Elşad Mircavad oğlu Miraləm Dövlət Komitəsinin Aparat rəhbəri təyin edilib.
Qeyd edək ki, E.Miraləm 1977-ci il oktyabrın 6-da Goranboy rayonunda anadan olub.
1984-1994-ci illərdə Goranboy rayonu M.Məmmədov adına Xanqərvənd kənd tam orta məktəbində oxuyub. 1994-1998-ci illərdə Bakı Sosial idarəetmə və Politologiya İnstitutunda “Politologiya” ixtisası üzrə təhsil alıb.
2000-2002-ci illərdə AR Prezidenti yanında Dövlət İdarəçilik Akademiyasında Azərbaycanda siyasi proseslər ixtisası üzrə magistr pilləsini bitirib. 2003-2006-cı illərdə AMEA Fəlsəfə və Hüquq İnstitutunda doktorantura təhsili alıb. 2013-cü ildə Siyasi elmlər üzrə fəlsəfə doktoru elmi dərəcəsini alıb.
1998-1999-cu illərdə “Press-Media” qəzetində müxbir, şöbə müdiri, baş redaktorun birinci müavini, 1999-2002-ci illərdə “Yeni Azərbaycan” qəzetində müxbir, şöbə müdiri, baş redaktorun müavini, 2002-2005-ci illərdə “Azərbaycan” qəzetində parlament müxbiri, 2005-2018-ci illərdə Diasporla İş üzrə Dövlət Komitəsində kollegiya katibi, mətbuat xidmətinin rəhbəri, şöbə müdiri, 2018-2020-ci illərdə “CBC” televiziyasında Azərbaycan redaksiyasının baş redaktoru, 2020-ci ildə SOCAR Təhlükəsizlik İdarəsində müşavir, 2020-2024-cü illərdə Milli Məclisdə deputat köməkçisi, 2024-cü ilin 10 iyun-04 sentyabr tarixlərində Dini Qurumlarla İş üzrə Dövlət Komitəsində sədrin köməkçisi, Aparat rəhbərinin müavini vəzifəsində işləyib.
05 sentyabr 2024-cü ildən etibarən Dini Qurumlarla İş üzrə Dövlət Komitəsində Aparat rəhbərinin müavini olub.
Prezident İlham Əliyevin 6 iyul 2012-ci il tarixli 2334 nömrəli sərəncamı ilə “Dövlət qulluğunda fərqlənməyə görə” medalı ilə təltif olunub.
İngilis və rus dillərini bilir.
Bizim.Media
































































































