Şamaxı və Göyçay rayonlarında yerləşən heyvan satışı bazarları biotəhlükəsizlik tələblərinə uyğunlaşdırılıb.
MÖVZU İLƏ BAĞLI:
Azərbaycan Qida Təhlükəsizliyi Agentliyindən Bizim.Media-ya verilən məlumata görə, qurum tərəfindən aparılan qiymətləndirmənin nəticələrinə əsasən hər iki bazarın fəaliyyətə başlaması ilə bağlı qərar verilib.
Bildirilib ki, bazarlarda sanitar-gigiyenik və baytarlıq tələblərinə uyğun şərait yaradılıb.
Qeyd edək ki, daha əvvəl Bərdə, Salyan və Göygöl heyvan satışı bazarlarının fəaliyyətinə icazə verilib.



Bizim.Media
































































































