Gəncədə daha bir yeniyetmə BIÇAQLANDI - Məktəbin qarşısında...

Gəncədə daha bir yeniyetmə BIÇAQLANDI - Məktəbin qarşısında...

Hazırda oxunan: Gəncədə daha bir yeniyetmə BIÇAQLANDI - Məktəbin qarşısında...

589951

Gəncədə naməlum şəraitdə xəsarət alan gənc xəstəxanalıq oldu.

Gəncədə 16 yaşlı yeniyetmə belindən xəsarət alıb.

Bizim.Media-nın yerli bürosunun məlumatına görə, hadisənin şəhərin orta məktəblərindən birinin qarşısında baş verdiyi bildirilir.
 

Şəhər sakini, 2010-cu il təvəllüdlü N. Məmmədov bel nahiyəsinin kəsilmiş deşilmiş yarası diaqnozu ilə xəstəxanaya çatdırılıb. Dərhal əməliyyata götürülən gəncin vəziyyətinin orta ağır olduğu bildirilir.


Yeniyetmənin hansı şəraitdə və kim tərəfindən xəsarət alması hələlik məlum deyil. Hadisə yerinə polis əməkdaşları cəlb edilib.

Faktla bağlı araşdırma aparılır.

Məqsəd Rəhimov, Bizim.Media, Qərb bürosu

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO