Bu gün Bakı Ağır Cinayətlər Məhkəməsində hakim Kamil Əliyevin sədrliyi ilə "Dəryaz" qəzetinin təsisçisi və baş redaktoru Habil Tağıyevin cinayət işi üzrə məhkəmə prosesi keçirilib.
Bizim.Media xəbər verir ki, təqsirləndirilən H. Tağıyev 16 aydır həbsdə olduğunu, həbsini qanunsuz hesab etdiyini, həbs müddətinin onun səhhətinə mənfi təsirlər yaratdığını - kəskin ayaq və baş ağrılarından əziyyət çəkdiyini, yaddaş pozuntusu yaşadığını bildirib.
H. Tağıyevin vəkili məhkəmədən zərərçəkən Şamxal Salmanzadənin saxta su istehsalı ilə bağlı sexinin olması barədə faktın cinayət işinə əlavə edilməsini istəyib.
Sonra məhkəmə sənədlərin elanı mərhələsinə keçib. Dövlət ittihamçısına çıxış təklif olunub, o, məhkəmədən vaxt istəyib.
Növbəti proses fevralın 6-na təyin olunub.
Xatırladaq ki, Habil Tağıyev Daxili İşlər Nazirliyinin Baş Mütəşəkkil Cinayətkarlıqla Mübarizə İdarəsi tərəfindən saxlanılıb. O, ayrı-ayrı şəxslər barəsində ifşaedici məlumatlar yayacağı hədəsi ilə müxtəlif məbləğlərdə pul tələb etməkdə təqsirli bilinir.
Habil Tağıyevdən 10-a yaxın şəxs şikayət edib. O, Cinayət Məcəlləsinin 182.2.2 (Hədə-qorxu ilə tələb etmə - təkrar törədildikdə) maddəsi ilə ittiham olunub və məhkəmənin qərarı ilə barəsində həbs qətimkan tədbiri seçilib. (lent.az)
Bizim.Media

- A-
- A
- A+
Cəmiyyət
06:11 / 10.01.2026
Hədə-qorxu ilə pul tələb etməkdə təqsirləndirilən baş redaktor HAKİM QARŞISINDA
Hazırda oxunan: Hədə-qorxu ilə pul tələb etməkdə təqsirləndirilən baş redaktor HAKİM QARŞISINDA
Hazırda oxunan: Hədə-qorxu ilə pul tələb etməkdə təqsirləndirilən baş redaktor HAKİM QARŞISINDA
589945
© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.































































































