Prezident Administrasiyasına çağrılan Gəncə icra başçısı ilə bağlı – RƏSMİ AÇIQLAMA 

Prezident Administrasiyasına çağrılan Gəncə icra başçısı ilə bağlı – RƏSMİ AÇIQLAMA 

Hazırda oxunan: Prezident Administrasiyasına çağrılan Gəncə icra başçısı ilə bağlı – RƏSMİ AÇIQLAMA 

58994

“Gəncə Şəhər İcra Hakimiyyətinin başçısı Niyazi Bayramovun yaxın günlərdə işdən azad ediləcəyi və bu gün Azərbaycan Respublikasının Prezidenti Administrasiyasına çağrılması ilə bağlı yayılan məlumatlar həqiqəti əks etdirmir. Hazırda bu məsələ gündəmdə deyil və Niyazi Bayramov işinin başındadır”. 

Bu açıqlamanı Bizim.Media-nın yerli bürosuna Gəncə İcra hakimiyyətinin İctimai siyasi və humanitar məsələlər şöbəsinin müdir müavini Azər İbrahimov verib. 

Onun sözlərinə görə, həmin yazılarda guya ki, buna əsas səbəb kimi, son günlər Gəncə şəhərində yol kənarında əkilən ağacların çıxarılması və sahibsiz küçə heyvanlarının güllələnməsi ilə əlaqədar kütləvi informasiya vasitələrində gedən yanlış məlumatlar olub:

“Bir daha xatırladırıq ki, sözügedən ağacların əkilməsinin, daha sonra isə çıxarılmasının, iddia edildiyi kimi, Prezident İlham Əliyevin Gəncə şəhərinə səfəri ilə heç bir əlaqəsi yoxdur.
Gəncə şəhərində sahibsiz itlərin güllələnərək, məişət tullantıları poliqonuna atılmasını özündə əks etdirən videogörüntülərin Gəncə şəhərinin məişət tullantıları poliqoununda lentə alınması faktı isə öz təsdiqini tapmayıb. Bununla bağlı yetərincə ictimaiyyət tam məlumatlandırılıb və bu artıq müzakirə mövzusu deyil”, - deyə Azər İbrahimov əlavə edib. 

Məqsəd Rəhimov, Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO