Qışda uşaqlara BU QİDALARI mütləq verin

Qışda uşaqlara BU QİDALARI mütləq verin

Hazırda oxunan: Qışda uşaqlara BU QİDALARI mütləq verin

589930

Qış aylarında uşaqların rasionunda sitrus meyvələri, kök və qoz-fındıq mütləq olmalıdır.

Bizim.Media xəbər verir ki, bunu “SM-Klinika”nın uşaq endokrinoloqu, tibb elmləri namizədi Oksana Mixalyova Gazeta.Ru-ya bildirib.

Mütəxəssis qeyd edib ki, sitrus meyvələri immun sistemini dəstəkləyən və azyaşlıların orqanizminin soyuqdəyməyə qarşı mübarizəsinə kömək edən C vitamininin mənbəyidir.

Onun sözlərinə görə, kök beta-karotinlə zəngindir. Bu maddə uşağın görmə qabiliyyəti, dərisi və selikli qişalarının sağlamlığı üçün vacib olan A vitamininin sintezinə töhfə verir.

Həkim əlavə edib ki, üçüncü yerdə qoz-fındıq dayanır. Onlar qiymətli yağ turşuları, E vitamini və maqneziumla zəngindir, beynin fəaliyyətini dəstəkləyir, diqqəti yaxşılaşdırır və qış mövsümündə
enerji sərfiyyatının ödənilməsinə kömək edir.

Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO