Azərbaycan Qida Təhlükəsizliyi Agentliyinin əməkdaşları Bərdə rayonunun Güloğlular kəndində İmaməddin Məhərrəm oğlu Əliyevə məxsus bitki mühafizə vasitələri və aqrokimyəvi maddələrin satışı mağazasında yoxlama aparıblar.
Agentliyin İnformasiya təminatı və innovativ həllər şöbəsindən Bizim.Media-ya verilən məlumata görə, yoxlama zamanı mağazada yararlılıq müddəti bitmiş bitki mühafizə vasitələrinin satışa çıxarıldığı və preparatların qeydiyyatının aparılmadığı müəyyən edilib. Bundan əlavə, sanitar-gigiyenik və sanitar-texniki qaydaların pozulduğu aşkarlanıb.
Faktla bağlı sahibkar barəsində inzibati protokol tərtib olunub, icrası məcburi göstərişlər verilib.


Bizim.Media

- A-
- A
- A+
Cəmiyyət
21:28 / 09.01.2026
İstifadəyə yararsız bitki mühafizə vasitələri aşkarlandı - FOTO
Hazırda oxunan: İstifadəyə yararsız bitki mühafizə vasitələri aşkarlandı - FOTO
Hazırda oxunan: İstifadəyə yararsız bitki mühafizə vasitələri aşkarlandı - FOTO
589921
© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.





























































































