Nəsimi rayonunda qonşusunun pulunu və qızılını oğurlayan şəxs SAXLANILDI

Nəsimi rayonunda qonşusunun pulunu və qızılını oğurlayan şəxs SAXLANILDI

Hazırda oxunan: Nəsimi rayonunda qonşusunun pulunu və qızılını oğurlayan şəxs SAXLANILDI

589910

Nəsimi rayonunda evlərin birindən 5 min manat dəyərində qızıl-zinət əşyaları və nağd pul oğurlanıb.

Daxili İşlər Nazirliyinin mətbuat xidmətindən Bizim.Media-ya verilən məlumata görə, polis əməkdaşlarının keçirdikləri tədbirlər nəticəsində əməli törətməkdə şübhəli bilinən, zərərçəkənin qonşusu 25 yaşlı R. Allahverdiyeva saxlanılıb.

Araşdırmalar nəticəsində məlum olub ki, saxlanılan şəxs zərərçəkənin evdən çıxarkən qapının üzərində unutduğu açarı gizlicə götürərək özündə saxlayıb. Daha sonra evdə heç kim olmayan vaxtda mənzilə daxil olaraq oğurluq edib.

Araşdırma davam etdirilir.

Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO