Qanunsuz orden və medal hazırlamaqda ittiham olunan "Azərbaycan Qarabağ Müharibəsi Əlilləri, Veteranları və Şəhid Ailələri" İctimai Birliyinin sədri Mehdi Mehdiyevin cinayət işi üzrə ibtidai istintaq tamamlanıb.
Bizim.Media report-a istinadən xəbər verir ki, cinayət işi baxılması üçün Binəqədi Rayon Məhkəməsinə göndərilib.
Cinayət işi hakim Zamiq Bağırovun icraatına verilib.
Qeyd edək ki, o, ötən ilin oktyabr ayında cinayət məsuliyyətinə cəlb olunub.
Həmçinin sözügedən cinayət işi üzrə həmin vaxt "Beynəlmiləlçi Əlil Döyüşçülər" Fondunun sədri Səyyaf Orucov və "Azərbaycan Vətən Müharibəsi Veteranları" İctimai Birliyinin sədri Füzuli Rzaquliyev də cinayət məsuliyyətinə cəlb olunub, eləcə də onların barəsində polisin nəzarəti altına vermə qətimkan tədbiri seçilib.
İstintaq materiallarına əsasən, sözügedən qeyri-hökumət təşkilatlarının vəzifəli şəxsləri vəzifə səlahiyyətlərinin hüdudlarından açıq-aşkar surətdə kənara çıxmaqla qanunsuz olaraq müxtəlif adda çoxsaylı orden, medal və döş nişanları təsis ediblər.
Eləcə də həmin orden, medal və döş nişanlarını şəxsi münasibətlərə əsasən, həmçinin müxtəlif məbləğlərdə pul vəsaiti qarşılığında çoxsaylı şəxslərə təqdim ediblər.
Onlara Cinayət Məcəlləsinin 309.1-ci maddəsi (vəzifə səlahiyyətlərini aşma) ilə ittiham elan olunub.
Bizim.Media

- A-
- A
- A+
Cəmiyyət
19:38 / 09.01.2026
Qanunsuz orden və medal hazırlamaqda təqsirli bilinən QHT rəhbəri HAKİM QARŞISINDA
Hazırda oxunan: Qanunsuz orden və medal hazırlamaqda təqsirli bilinən QHT rəhbəri HAKİM QARŞISINDA
Hazırda oxunan: Qanunsuz orden və medal hazırlamaqda təqsirli bilinən QHT rəhbəri HAKİM QARŞISINDA
589909
© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.





























































































